ABŞ smartfon bazarının liderləri - SİYAHI

"SomScore" şirkəti 2017-ci ilin yanvarında yekunlaşan 3 aylıq müddət üçün ABŞ-da smartfon istifadəçisi olan mobil rabitə şəbəkələri abunəçilərinin sayı barədə məlumatları dərc edib.

Milad və Yeni il bayramları qabağı ABŞ-da ən populyar smartfon "iPhone" olub. Bu smartfon bazarın 44,6 faizinə sahib olub ki, "Apple"ın son rüb üzrə payı 2,3 faiz artıb.
 
İkinci yeri payı 30-dan 28 faizə qədər azalan "Samsung" smartfonları tutub. Üçüncü sırada isə 10,3 faiz paya malik LG-dir. Şirkət ötən rüb nəticəsini 0,7 faiz yaxşılaşdıra bilib.
 
Dördüncü və beşinci yerləri "Motorola" və HTC tutub. Onlar ABŞ bazarında 4,3 və 2,3% paya sahibdir.
 
Mobil əməliyyat sistemlərinin populyarlığına gəldikdə isə, "Android" bu siyahıda liderdir. Şirkət ABŞ bazarının 53,2 faizinə malikdir. İkinci yeri ötən rübə nisbətən bazar payını 2,3% artıraraq 44,6%-ə çatdıran iOS tutur. "Windows" əməliyyat sisteminin payı 1,8-dən 1,6%-ə düşüb. "BlackBerry"ə isə ABŞ bazarında 0,6% faiz paya malikdi. Lent.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR