Marsda kartof yetişdirmək sınağı uğurla nəticələndi

Mars şəraitində kartof yetişdirmək eksperimenti uğurla nəticələnib.

Layihə üzərində NASA-nın və Beynəlxalq Kartofçuluq Mərkəzinin ekspertləri çalışıb. NASA-nın astrobioloqu bildirib ki, eksperiment Marsda kartofun yetişmə və yaşama şansının böyük olduğunu göstərib.  
 
Eksperiment zamanı NASA perulu aqronomlarla birlikdə Marsdakına maksimum yaxın şəraitin yaradıldığı "CubeSat" peykinin mikrozondunun xüsusi korpusunda kartof yetişdirib. Korpusun içərisində Marsdakı atmosfer tərkibi, atmosfer təzyiqi, torpaq və digər vacib parametrlərə oxşar şərait yaradılıb. Lazımi miqdarda su və digər maddələr əlavə olunduqdan sonra kartof cücərib və yetişib.
 
Yaxın vaxtlarda eksperimentin təkrarlanması və daha çox məhsul verən sortun seçilməsi planlaşdırılır. Bu sınaqlar gələcəkdə Marsa gedəcək kolonistlərin yaşamını təmin etmək məqsədilə aparılır. Lent.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR