Yeni simsiz klaviatura çapda irəliləyiş edəcək

Çap sahəsində irəliləyişə nail olacaq "lofree" simsiz mexaniki klaviaturası "Windows", "iOS" və "Android" əməliyyat sistemləri, eləcə də "Mac" kompüterləri üçün nəzərdə tutulub və "Bluetooth" vasitəsilə işləyir.  

Hazırda "Ingiegogo" saytında klaviaturanın hazırlanması və yaradılmasına yönəldiləcək maliyyə vəsaitlərinin toplanması təşkil olunub.

Qeyri-adi dizaynına görə əvvəlki modellərdən fərqlənən "lofree" klaviaturasında köhnə ənənə və müasir texnologiyalar birləşib. Klaviaturanın düymələri qədim çap maşınlarının və ilk kompüterlərin düymələrinə oxşar yaradılıb. Yeni klaviatura dəyişmə prosesini həyata keçirən xüsusi düymə basılan zaman "Bluetooth"dan istifadə etməklə eyni anda üç qurğu ilə işləyə bilir. Klaviatura istifadəçilərə gecə vaxtlarında da işləməyə imkan verən işıqlandırma ilə təchiz edilib.

Mayda pərakəndə satışa çıxarılacaq "lofree" klaviaturasının qiyməti 79 dollar təşkil edəcək. "ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR