Tramp kəşfiyyata terrorçuları məhv etmək üçün PUA-dan istifadə icazəsi verdi

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) terrorçularla mübarizədə pilotsuz uçuş aparatlarından zərbə endirmk icazəsi verib.

İKT.lent.az xatırladır ki, Barak Obama dövründə MKİ pilotsuz uçuş aparatlarından yalnız terrorçuların yerini müəyyənləşdirmək üçün istifadə edə bilirdi. Terrorçulara zərbə endirmək səlahiyyəti yalnız orduya məxsus idi.

Lakin Tramp vəzifəsinin icrasına başladıqdan sonra MKİ özü müstəqil əməliyyatlar keçirmək hüququ əldə edib.

MKİ fevralın sonlarında bu səlahiyyətindən yararlanaraq Suriyada "Əl-Qaida"nın liderlərindən biri olan Əbu əl-Heyra əl-Məsrini məhv edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR