Alman polisi məscidə basqın etdi

Almaniyanın Hildeşim qəsəbəsində  yerləşən məsciddə Alman polisi axtarış aparır. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, alman polisi keçən il də Sələfilərə məxsus məsciddə keçən il axtarışlar aparıb.

Almaniyada fəaliyyət göstərən, aşağı Saksoniya əyalətinin Hiddeşim qəsəbəsindəki Sələfilərə məxsus DIK Cami mərkəzi bir daha polis basqınına məruz qalıb.

Berlində yeni il gecəsi yük maşını ilə insanlara hücum edən Anis Amrinin Hildeşim qəsəbəsindəki Sələfi dini qrupunun üzvü olduğu bildiriliir.

Aparılan axtarışlar zaman camidən çoxlu sayda şəkillər, yazılar, cəlb etdikləri üzvləri radikallaşdırmağa yönəlmiş məlumatlar aşkarlanıb.

Polisin verdiyi məlumata görə məscidə gələnlər daha sonra  Suriya və İraqa gedirlər və aralarından bəziləri İŞİD - ə qoşulur. Mütəxəssislər bildirir ki, Almaniyadakı İslamçı çevrəyə mənsub olanların sayı 43 mindən çoxdu. Bunlardan 8 min 650 - si Sələfilərin "payına" düşür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR