Təsbeh sandı, amma...

2011 - ci il Türkiyənin Van bölgəsində zəlzələdən sonra Adapazarına yerləşən ailənin 17 yaşlı oğlu atasına kömək etmək üçün tikintidə fəhlə işləyirmiş. O, burada borularda sızma olduğunu göstərən rentgen cihazından düşən radioaktiv, təsbehə bənzər cisim tapıb. Eyüp onun təsbeh olduğunu düşünüb və əlində bir neçə dəqiqə oynatdıqdan sonra cibinə qoyub. "Olaylar" "Cumhuriyət" - ə  istinadla bildirir ki, Eyübün təsbeh sandığı alətin tərkibində  - iridium 192 maddəsi  var imiş. Təxminən bir gün sonra onun əlində və ayağında yaralar əmələ gəlib.

Ailəsi onu xəstəxanaya çatdırıb. Məlum olub ki, həmin cisim ona və onun ətrafındakı 3 yaxınına - 19 yaşlı hamilə bacısına, 24 yaşındakı qardaşına və 1 yaşındakı qohumuna da təsir edib.

Eyübdən başqa digərləri artıq sağalıblar. Eyüp B. hazırda gəzə bilmir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR