“PKK-nı dəstəkləməklə erməniləri dəstəkləmək arasında ciddi fərq yoxdur”

"Gizli şəkildə terroru dəstəkləmək siyasətindən açıq formada Türkiyə dövlətinə qarşı düşmənçilik siyasətinə keçid Avropanın bütün kollektiv qurumlarını iflic vəziyyətə salacaq". Bunu millət vəkili Fazil Mustafa bildirib.

O deyib ki, əvvəlcə Almaniyanın, indi də Hollandiyanın Türkiyəyə qarşı demokratiya fəlsəfəsinə tamamilə zidd olan addımları xüsusi narahatçılığa əsas vermir: "Əslində bunu, Türkiyənin siyasi baxımdan faydasına olan bir siyasətə çevirmək imkanları Ankara hökumətinin öz əlindədir. Artıq Avropa Parlamenti, AŞPA, ATƏT müstəvisində qəbul olunan qərarları demokratik prinsipləri qorumaq adı altında sırımaq xeyli çətinləşəcək. Məsələ referendumla bağlı deyil, heç Ərdoğanla da bağlı deyil, bu, düşmənçilik və ədəbsizlik birbaşa Türkiyə dövlətinə qarşı yönəldiyindən, heç şübhəsiz ki, Türkiyə bunun cavabını miqrantlarla bağlı siyasətdə kəskin dəyişikliklərlə verəcəkdir. Unutmaq lazım deyil ki, Türkiyə Avropanın üz tuta biləcəyi normal və demokratik müsəlman ölkəsi idi, artıq bu imkanın itirilməsi ən çox onların özlərinin ziyanına olacaq. Burada Türkiyə hakimiyyətinə və ya müxalifətinə simpatiya bəsləməni bir tərəfə buraxıb, qardaş Türkiyə dövlətini, dolayısıyla da Azərbaycanın maraqlarını dəstəkləməyimiz daha doğru olardı. Çünki PKK-nı dəstəkləməklə Azərbaycan torpaqlarını işğal etmiş erməniləri dəstəkləmək arasında ciddi bir fərq yoxdur. Uzun illərdir ki, Avropa ölkələrinin bir çoxu məhz bunu edir". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR