Səlib zehniyyəti

Yaxud İslamiyyətə bəslənən kinin göstəricisi

Son günlər Avropanın ayrı-ayrı ölkələrindən Türkiyəyə qarşı olan münasibət, ortaya qoyulan qərəzli və heç bir beynəlxalq konvensiyalara sığmayan mövqe Qərbin, Avropanın günümüzdə də antitürk əhval-ruhiyyəsi ilə yaşadığını açıq şəkildə ortaya qoydu. İstər yaxın tarixdə insanlıq əleyhinə ən qatı cinayətlərin ssenari müəllifi olan Almaniya, istər ölkə rəsmilərinin belə qadın və ya kişi olduğu anlaşılmayan Hollandiya, istərsə də Berlin və Amsterdam hökumətinin çaldığı saksafonun havasına uyğun "rəqs" etməyə başlayan digər Avropa dövlətlərinin Türkiyənin bölgədə artan nüfuzu, siyasi çəkisi, dünyanın güc mərkəzinə çevrilməsi reallığından ciddi şəkildə əndişələndikləri son hadisələr fonunda özünü bir daha təsdiq etmiş oldu. Dünənə qədər dünyaya insan hüquq və azadlıqlarından dərs keçmək iddiasına düşən Avropanın cani və mavi ölkəsinin əslində bu hüquqları kobud şəkildə tapdaladığı, insan dəyərinə hörmət qoymadığı bir daha aydın şəkildə ortaya çıxdı. Həm Almaniya, həm də Hollandiyada Türkiyə əleyhinə başlanan bu ədalətsiz, heç bir məntiqə sığmayan kampaniya haqlı olaraq ciddi etirazlarla qarşılandı. İstər Türkiyədə, istərsə də Azərbaycanda Avropanın Türkiyəyə qarşı başladığı kampaniya növbəti səlib yürüşü kimi dəyərləndirildi. Elə İqdırda fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mücadilə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy də bu qənaətdədir. Dərnək rəhbəri bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Hollandiya səfərinə qadağa qoyulması, onun təyyarəsinə enmə icazəsinin verilməməsi, eləcə də ailə və sosial siyasətlər naziri Fatma Betül Qayanın Hollandiyadan deportasiya edilməsinin, Avropadakı Səlib zehniyyətinin canlandığını ortaya qoyur. Göksəl Gülbəyin sözlərinə görə, Hollandiyanın və bəzi Avropa ölkələrinin Türkiyəyə və Türk nazirlərə istiqamətli rəftarı, atmış olduğu addımlar qəbuledilməzdir: "Hollandiya hökuməti tərəfindən xarici işlər naziri Mövlud Çavuşoğlunun uçuş icazəsinin ləğv edilməsi, eləcə də ailə və sosial siyasətlər naziri Fatma Betül Qayanın ölkəmizin Hollandiyadakı fvqəladə və səlahiyyətli səfirliyinə girməsinə icazə verilməməsi və sonra Hollandiyadan deportasiya edilməsi sıradan bir diplomatiya böhranı deyil. Bu illərdir içində İslamiyyətə qarşı bəslədiyi kinin göstəricisidir. Avropa ölkələri artıq faşizmin əsarəti altına girib. İllərdir İslamofobiya adı altında Avropada yaşayan müsəlmanlara qarşı ayrıseçkilik edən, onları alçaldan Avropa son zamanlarda bölgəsinin və dünyanın yüksələn ulduzu olan Türkiyədən narahat olmağa başlayıb". ASİMDER rəıhbəri onu da deyib ki, məlum 15 iyul hərbi çevriliş cəhdi ilə istədikıərinə nail ola bilməyən antiTürkiyə qüvvələri sonradan iqtisadi təzyiqlərlə ölkəmizi sarsıltmağa çalışdılar. Bu da müvəffəqiyyətsiz olunca yeni metodlardan istifadəyə səhdlər edildi. Avropa ölkələrində Türk nazirlərə qarşı olan alçaldıcı addımlar bunun bariz nümunəsidir". Dərnək rəhbəri onu da diqqətə çatdırıb ki, istər Almaniya, istər Hollandiya, istərsə də digər Avropa ölkəıləri erməni lobbisinin yalanlarına inanaraq parlamentlərində qondarma erməni soyqırımı ilə bağlı qərarlar alır, açıq-aşkar xristian

təssübkeşliyindən çıxış edirlər: "Beləcə, Avropa bu rəftarla içindəki 600 illik kini püskürməkdədir. Avropa 100 ildir ki, erməni lobbisinin yalanlarına şərik olur. Bu azmış kimi cinayətkar, qatil xristian Ermənistanı himayə edir. Bu ərəfədə Hollandiya hökumətinin atmış olduğu addımlar Avropanın 600 illik Osmanlı dövlətindən intiqam almaq məqsədi daşıyır. Avropada illərdir Türkiyə düşməni PKK, DHKP-C və digər terror təşkilatlarının qitədə maneəsiz fəaliyyətinə şərait yaradır. Terror təşkilatının polislər, əllərində Türk bayrağı olan vətəndaşlarımıza qarşı terror aktlarına göz yumur. Budurmu, Avropanın insan hüquq və azadlıqlarına verdiyi dəyər?" Göksəl Gülbey deyib ki, Avropada yaşayan bütün vətəndaşlarımız və qeyri-hökumət təşkilatları ayağa qalxaraq bu qeyri-insani, feodalizm dövrü davranışlara qarşı etiraz etməli, meydanlara çıxaraq Türkiyənin və özlərinin şərəflərini qorumalıdırlar.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR