Ancelina Coli depressiyadan qurtuldu

Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Ancelina Coli 6 övladı ilə birlikdə Londondadır. 41 yaşlı aktrisa 10 yaşlı Şaylo və Noks, habelə 8 yaşlı Vivyen ilə birlikdə alış-verişə çıxmışdı.

Aktrisa "Waterstone" dükanında olarkən paparassilərin kameralarından yayına bilməyib. Ancelina Coli aktyor Bred Pittlə boşanmadan sonra düçar olduğu depressiyadan, deyəsən, qurtulub.

A.Coli dünən Londonda Britaniyanın Birlik işləri üzrə Xarici İşlər Nazirliyinə yollanıb. Nazirlikdə Seksual Zorakılığın Qarşısının Alınması Fondunun (Preventing Sexual Violence Initiative (PSVI) 5 illik yubileyinə qatılıb. Milli.az TMZ-yə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR