Ekspert: “Avropa Türkiyəyə və Ərdoğana qarşı açıq-aşkar düşmənçilik edir”

"Türkiyə xarici işlər nazirinin Hollandiyaya buraxılmaması və digər nazirə qarşı Hollandiya polisi tərəfindən siyasi tərbiyəsizlik edərək nəzarətə alınması və ölkədən deportasiya edilməsi, Avropanın şüar etdiyi söz və hərəkət azadlığına zidd olaraq türk jurnalistlərə təzyiq edilməsi demokratik dəyərlərin ayaqlar altına atılması deməkdir". Bunu  Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Onun sözlərinə görə, Türkiyə XİN rəhbəri Çavuşoğlu heç bir ölkənin daxili işinə qarışmırdı beynəlxalq hüquq norması çərçivəsində qanuni şəkildə Hollandiyada yaşayan  Türkiyə vətəndaşları ilə görüşmək istəyirdi: "Avropa bilməlidir ki, Türkiyədə keçiriləcək ümumxalq səsverməsində xaricdə yaşayan, işləyən və təhsil alan bütün Türkiyə vətəndaşları iştirak edəcək o cümlədən Hollandiyada yaşayan  Türkiyə vətəndaşları da Türkiyənin Hollandiyadakı səfirliyində təşkil ediləcək seçki məntəqəsində səs vermə hüququna malik olacaqlar. Bir daha qeyd edim ki , PKK terror təşkilatı Hollandiyada və Avropanın bir çox yerində aksiyalar və mintinqlər keçirir, terroru təbliğ etdiyi halda Hollandiya buna göz yumduğu halda  Türkiyənin xarici işlər nazirinin TC vətəndaşları ilə görüşünə icazə verilməməsi demokratiyaya zidd bir hərəkətdir. Zənnimcə Avropa Türkiyəyə və Ərdoğana qarşı açıq-aşkar düşmənçilik edir". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR