Suriya müxalifəti Astanaya gəlmir

"Suriya müxalifəti Astanada keçiriləcək Suriya böhranı üzrə görüşdə iştirak etməyəcək". Bunu nümayəndə heyətinin üzvü Üsamə Əbu Zeyd deyib.

O bildirib: "Bizim bəyanatımız çox aydındır: müxalifət Astana görüşünün üçüncü raundunda iştirak etməyəcək, belə ki, atəşkəs haqqında vədlərə hələ də əməl olunmur".

Xatırladaq ki, Suriya böhranının həlli üzrə Astana görüşünün üçüncü raundu martın 14-15-də keçiriləcək. Bundan əvvəlki görüşlərdə Suriya müxalifəti, Əsəd hakimiyyəti, Türkiyə, Rusiya və İran nümayəndələri iştirak ediblər. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR