İstifadəçilər "ağıllı" qurğulara etibar etmirlər

İstifadəçilərin əksəriyyəti "Əşyalar interneti" qurğularına ("IoT") ehtiyatla yanaşırlar. "Gartner" şirkətinin araşdırmasına əsasən, istifadəçilərin 66%-i onların danışıqlarının "IoT" qurğuları tərəfindən dinlənilməsindən narahatdırlar. KİV-də uşaqları izləyən oyuncaqlar barəsində yayılmış xəbər belə təhlükələrin əsassız olmadığına dəlalət edir.

 "Gartner" analitik şirkəti tərəfindən 2016-cı ilin ikinci yarımilliyində keçirilmiş internet sorğuda Böyük Britaniya, ABŞ və Avstraliyadan təxminən 10 min sakin iştirak edib. Sorğunun nəticələrinə əsasən, istifadəçilər hələ ki "ağıllı" evlər satın almaq barəsində düşünmürlər. Sorğu iştirakçılarının əksəriyyəti "IoT" qurğularının məlum üstünlüklərinə baxmayaraq onları satın almağa lüzum görmürlər.

Respondentlərin 75%-i evlərindəki temperatur və işıqlandırmanı sərbəst tənzimləməyə üstünlük verir və rəyi soruşulanların yalnız 25%-ni onların istəklərini proqnozlaşdıran və müvafiq sazlamaları avtomatik quran "ağıllı" cihazlar ideyası cəlb edir.

Sorğu iştirakçılarının 18%-i mühafizə firmalarını şübhəli aktivlik barədə avtomatik xəbərdar edən "ağıllı" siqnalizasiya ("Gartner"in məlumatına görə, hazırda ən populyar "IoT" cihazdır) sistemlərindən istifadə edir. Respondentlərdən 11%-nin evində ev sahiblərinin şübhəli aktivliyi barədə xəbərdar edən siqnalizasiya sistemi qurulub. Rəyi soruşulanların 9%-i işıqlandırma və istilik sisteminin idarə edilməsi üçün ev avtomatlaşdırma sistemlərindən istifadə edir. "ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR