Ən populyar proqramlaşdırma dillərinin reytinqi dərc olunub

"TIOBE Software" şirkəti aylıq ən populyar proqramlaşdırma dillərinin mart üçün yeni reytinqini açıqlayıb.
İndeksdə birinci yerdə həmişə olduğu kimi, 16,3 faizlik göstərici ilə "Java" proqramlaşdırma dili qərarlaşıb. İkinci yeri il ərzində göstəricisi kəskin azalan (2016-cı ilin martında 14,5 faiz, hazırda isə 6,86 faiz təşkil edir) "С" tutub. Üçüncü pillədə 5,1 faizlə tezliklə ikinci mövqeyə yüksəlməsi gözlənilən "С++ с" yer alıb. İlk beşliyi isə "Python" və "PHP" dilini geridə qoyan "Vusial Basic.NET" tamamlayıb.

Məlumata görə, son ildə dörd pillə yüksələn gənc "Apple Swift" dili reytinqdə 2,27 faizlik nəticə ilə onuncu yeri tutub.

"Tiobe Software" şirkəti tərəfindən tərtib edilən reytinq proqramlaşdırma dilləri üzrə ən məşhurudur. Populyarlıq indeksi ən yaxşı proqramlaşdırma dilini yazılan çoxsaylı kod sətirləri ilə deyil, "Google", "Baidu", "Wikipedia", "Yahoo", "Ebay" və "YouTube" resurslarında statistikanın təhlili əsasında dillərə marağın dəyişməsi nəticəsində müəyyənləşdirir. "ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR