“Samsung” innovativ televizorların satışına başlayır

Artıq cari ilin yazında "Samsung" şirkəti innovativ texnologiya ilə təchiz edilmiş yeni televizorlarını satışa çıxaracaq. "Verband Deutscher Elektrotechniker" sertifikatı əsasında əminliklə söyləmək olar ki, yeni televizor rəng çalarlarının ötürülməsi üzrə 100%-lik dəqiqliyə malikdir.

Cənubi Koreya şirkətinin yeni televizorlarında yeni ekran matrisi sayəsində yüksək keyfiyyətli şəkil əlçatandır. İndi kvant nöqtələri qara rəngi çox dəqiqliklə ötürür. Metaldan hazırlanmış nanozərrəciklər rəng verilişini yüksək səviyyədə həyata keçirməyə kömək edir. Yeni televizorun parlaqlıq göstəricisi 2 min nitdir. Unikal qurğunun qiyməti haqda hələ məlumat yoxdur. "ICTnews" Elektron Xəbər Xidməti "dni24.com" saytına istinadən yazır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR