“Facebook Messenger”də postların avtomatik ləğvi funksiyası istifadəyə verilib

"Facebook Messenger"də postların 1 gündən sonra avtomatik ləğv edilməsi funksiyası əlçatan olub. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

Sözügedən funksiya "Messenger Day" adlandırılıb. İstifadəçi fotoşəkillər və ya videoçarxlar çəkə, onlara müxtəlif stikerlər, emodzi və effektlər əlavə edirlər. Bundan sonra istifadəçilər 24 saat müddətində foto və ya videolara  baxa bilərlər.

Artıq "iOS" və "Android" sistemli qurğuların istifadəçiləri bu funksiyadan istifadə edə bilərlər.

Qeyd edək ki, ilk dəfə "Snapchat" messencerində postların avtomatik ləğvi funksiyası istifadəyə verilib. Avtomatik ləğv edilən postlar artıq "VKontakte" sosial şəbəkəsi və "Instagram"da da reallaşdırılıb. "ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR