Rusiyadan Türkiyə-Hollandiya qalmaqalına REAKSİYA

Rəsmi Moskva Türkiyə və Hollandiya arasında yaranan gərginliyin azaldılması üçün ölkələri təmkinli olmağa və konstruktiv mövqe sərgilməyə çağırıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

RF rəsmisinin sözlərinə görə, Kreml gərginliyin aradan qaldırılmasında vasitəçilərə ehtiyacın olmadığını düşünür: "Bu vəziyyətdən yalnız iki ölkənin özü çıxa bilər". 

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması ilə əlaqədar iki ölkə arasında siyasi qalmaqal yaşanır.  Azvision.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR