Dünyada beşinci nəsil şəbəkəsini dəstəkləyən ilk smartfon nümayiş olunacaq

Çinin "ZTE" şirkəti "MWC" sərgisində dünyada beşinci nəsil şəbəkəsini dəstəkləyən ilk smartfonu nümayiş etdirməyi planlaşdırır.

"ZTE Gigabit Phone" smartfonu saniyədə 1 Qbit sürətlə internetə qoşulacaq. İstehsalçının məlumatına görə, bu sürət virtual reallıqda 360 dərəcəlik axınlı videoları və ultra yüksək təsvir ölçülü çarxları izləməyə imkan verəcək. Telefon ABŞ və Avstraliya bazarları üçün nəzərdə tutulub, çünki beşinci nəsil şəbəkələri ilk öncə adı çəkilən ölkələrdə əlçatan olacaq. Ehtimal ki, sözügedən smartfon "Qualcomm" şirkətinin "Snapdragon 835" çipi ilə işləyəcək. Bu çipin modulu artıq 1 Qbit/s-lik internet sürətini dəstəkləyir.

27 fevral tarixində  Barselonada start götürəcək "MWC" sərgisində "ZTE Gigabit Phone" haqda bütün təfərrüatlar məlum olacaq. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR