Venerada işləyəcək kompüter çipi icad olunub

ABŞ Kosmik Agentliyinin (NASA) alimləri Venera planeti səthində yüksək temperatura dözə bilən kompüter çipi ixtira ediblər. Bu barədə agentliyin rəsmi saytında deyilir. Venera Günəş sistemində ən isti səthə (Farengeyt şkalası üzrə 800 dərəcə) malik olması ilə tanınır.

Çipin agentliyin 2023-cü ilədək planetə göndərəcək gələcək Venera kosmik aparatında quraşdırılması planlaşdırılır. Bunun bəşəriyyətin 1982-ci ildən Veneraya kosmik zondlar göndərməməsi səbəbindən böyük hadisə olacağı gözlənilir.   

"NASA"-nın "Glenn" tədqiqat mərkəzində icad edilən kompüter çipi Venerada ekstremal vəziyyətlərdə 521 saat və ya 22 gün işləyə biləcək.

Bildirilir ki, silisiumdan hazırlanan əksər çiplər yüksək temperaturda yarımkeçirici deyil, adi keçiriciyə çevrilməyə başlayır. Silisium-karbiddən hazırlanan yeni çip isə yüksək temperaturlarda stabil yarımkeçiricilik xüsusiyyətlərini saxlayır. Bundan başqa, tədqiqatçılar qrupu çipin bütün hissələrini birləşdirən naqillərin alışmayacağına zəmanət verir. Bu, onların yalnız tantal silisium kimi möhkəm materiallardan ibarət olması ilə izah edilir.

Missiya alimləri əmindirlər ki, Günəş sistemində ikinci planetin atmosferinin geoloji proseslərinin və istixana qazlarının ətraflı tədqiqi hazırda Yer planetində baş verən proseslərin başa düşülməsinə kömək edə bilər. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR