ABŞ Donanmasında rüşvət qalmaqalı

ABŞ Donanması rüşvət qalmaqalı ilə sarsılıb. Məlumata görə, rüşvət qalmaqalında şübhəli bilinən 40 nəfər istintaqa cəlb edilə bilər ki, onlardan 30-u admiral rütbəsindədir. "Olaylar"ın Türkiyə bürosunun xəbərinə görə, aparılan təhqiqatlar zamanı  Cənub və Cənubi-Şərqi Asiyanın bir çox limanında ABŞ-ın 7-ci donanmasına  təmizlik xidməti göstərən  Sinqapur mənşəli,  Glenn Defence Marine Asia şirkətinin sahibi Leonard Qlenn Frensis ABŞ FTB (FBİ) tərəfindən həbs edilib. İstintaq zamanı Frensis bir çox Amerikan dənizçi zabitləri ilə əlbir olaraq maliyyə fırıldağı, saxtakarlıq, mənimsəmə və rüşvət əməlləri törətdiyini etiraf edib. Mütəxəssilərin hesablamalarına görə şəbəkə ən azı 35-40 milon dollardan ibarət  pul vəsaitini mənimsəyib. Frensis ABŞ donanmasının qərargahındakı bir çox zabit və admiral ilə əlbir olaraq Sakit və Hind Okeanlarındaki hərbi gəmiləri Frensisin şirkətinin nəzarətində olan məntəqələrə xidmət üçün göndərirmişlər. Bu məntəqlərdə gəmilərə yanacaq, ərzaq, təmizlik, təmir xidməti göstərilirmiş.Qərargahdaki zabitlər rüşvət və pul mükafatı qarşılığında Frensisə gəmilərin bütün hərəkət marşrutlarını da sızdırmaqla məşğul imişlər. Hal-hazırda Qlenn Frensislə bərabər 6 nəfərin şübhəli qismində həbs edildiyi və 30 nəfərdən çox şəxsin istintaqa cəlb edildiyi bildilir. ABŞ Donanmasının komandanı admiral Con Riçardson 200-dən çox şəxsə qarşı cinayət işinin açıla biləcəyini bəyan edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR