ABŞ-da “İmmiqrantlarsız gün” şüarı altında kütləvi aksiyalar keçirildi

Birləşmiş Ştatlarda "İmmiqrantlarsız gün" şüarı altında etiraz aksiyası keçirilib. Prezident Trampın immiqrasiya siyasətinə etiraz əlaməti olaraq ölkənin bir neçə şəhərində, o cümlədən Vaşinqton, Hyuston, Boston, Miluoki, Nyu-York, Filadelfiya və Çikaqoda yüzlərlə immiqrant işə çıxmayıb, yüzdən artıq xidmət müəssisəsi bir gün bağlanıb. Ölkə iqtisadiyyatının fəaliyyəti üçün immiqrantların vacibliyini göstərmək məqsədilə keçirilən bu aksiyanın təşkilatçıları işləmək hüququna malik olan leqal immiqrantlara sosial şəbəkələr vasitəsi ilə müraciət edərək onları işə çıxmamağa çağırıblar.

Prezident Tramp cümə axşamı Ağ Evdə keçirilən mətbuat konfransında elan edib ki, bütün immiqrantların və yeddi müsəlman ölkəsindən (Suriya, Sudan, Somali, İraq, İran, Liviya və Yəməndən) gələnlərin ABŞ-a daxil olmalarına müvəqqəti qadağa qoyulması barədə onun fərmanının icrası Sietl federal məhkəməsi tərəfindən dayandırılandan sonra Birləşmiş Ştatların "müdafiəsinə yönəlmiş" yeni sərəncam verəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR