Ermənistan “referendum oyunu” ilə özünü aldadır

Bu addım sırf  təxribat xarakteri daşıyır

Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisinin əhali tərkibi ermənişəldirilib. Baxmayaraq ki, mövcud vəziyyət Ermənistanın ziyanına işləyir, ancaq işğalçı dövlət müxtəlif siyasi və hərbi təxribatlarla mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Elə bu səbədən də işğal altında saxladığı Azərbaycan ərazisində tamaşa göstərməklə məşğuldir. Belə tamaşalardan növbətisi Dağlı Qarabağda konstitusion dəyişiklikləri ilə bağlı "referendim" keçirmək isətiyidir. Aydındır ki, Ermənistan özü də çox yaxşı anlayır ki, belə bir "siyasi aksiyanın" heş bir hüquqi əsası yoxdur, ancaq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdən ötrü hansısa siyasi şounun reallaşmasına ehtiyac var. Belə bir "referendumun" keçirilməsi həm də beynəlxalq hüquq normalarına ziddir. Çünki, Ermənistanın özünün belə tanımadığı Dağlıq Qarabağda keçirilən "referendumun" nəticələrini heç bir dövlət, heç bir beynəlxalq təşkilat tanıya bilməz. Düməli, Ermənistan birmənalı olaraq Dağlıq Qarabağda tamaşa göstərmək eşqinə düşüb. Ancaq, maraqlı məqamlardan biri ondan ibarətdir ki, beynəlxalq təşkilatlar beynəlxalq hüquq normalarına sayğısızlıq göstərən işğalçı dövlətin qanunsuz addımına irad bildirmək əvəzinə, sanki ermənilərin "çaldığı ilə oynamaq" görüntüsü yaradırlar. Məsələn, heç kim irad tutmur ki, monoetnik dövlət olan Ermənistan hansı əsaslarla Dağlıq Qarabağda regerendum keçirə bilər? Əgər işğal altında olan ərazidə ermənilərdən başqa heç bir millətin nümayəndəsi yoxdursa, hansı hüquqi nəticələrdən danışmaq olar? Qəribədir ki, dünyanın aparığı dövlətləri, süçki məsələləri ilə bağlı ixtisaslaşmış beynəlxalq təşkilatlar Ermənistanın qanunsuz hərəkətlərinə görə, siyasi, diplomatik təzyiq göstərmək əvəzinə seyrçi mövqe sərgiləyirlər. Üstəlik, bəzi beynəlxalq təşkilatların nümayndələri və Avropa parlamentariləri erməni diasporasının parası gücünə"referendumu" izləmək məqsədilə Dağlıq Qarabağa getmək niyyətində olduğunu açıqlayıblar. Erməni mətbuata iddia edir ki, Dağlıq Qarabağ separatçıları 20 fevrala təyin etdikləri "konstitusiya referendum"na əcnəbi müşahidəçilərin də qatılacağını bəyan ediblər. Məsələn, Ermənistan KİV-nə  xəbər verir ki, Azərbaycanın işğal alıtndakı torpaqlarında yaradılmış qondarma rejimin seçkilərinə Avropa parlamentinin deputatı Frank Engel qatılacağını təsdiq edib. Abxaziya, Cənubi Osetiya və Dnestryanı kimi separatçı qurumların nümayəndələri ilə yanaşı, seçkilərdə, adı heç bir yerdə hallanmayan Beynəlxalq Seçki Sistemləri Ekpser Mərkəzinin (İCES) 5-10 nəfərlik qrupunun da təmsil olunacağı gözlənilir. Bu qrupa təşkilatın prezidenti Aleksandr Tsinkler başçılıq edəcək. Təşkilata əsasən, Bolqaırstan, Macarıstan, Belçika, Çexiya və İsrail kimi ölkələrdən müşahidəçilər qatılacaq. Bundan başqa, Rusiyanın ayrı-ayrı siyasi partiya (Yabloko partiyası) və ictimai birliklərindən də müşahidəçilər gözlənilir. Xatırladaq ki, yuxarıda adı çəkilən beynəlxalq müşahidəçilər bundan əvvəl də regiona Bakının icazəsi olmadan gəldikləri üçün "qara siyahı"ya salınmışdılar. Görünür, bəzi xarici dairələrüçün  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi "pul dağarcığı" rolunu oynayır. Yəni, özünü antiAzərbaycan qüvvələrin təmsilçisi kimi təqdim edən kəsimlər bununla dolanışıqlarını təmin etmiş olurlar. Elə bu səbədən də beynəlxalq hüquq normaları, insan  haqları, domokratiya kimi dəyərlər ayaq altına atılır. Ancaq nədənsə Azərbaycanın ədalətli mövqeyi, ölkəmizin haqq səsi, hərbi və diplomatik uğurları həmin beynəlxalq təşkilatları dərhal fəallaşmağa vadar edir. Qeyd edək ki, həmin beynəlxalq təşkilatlar ata-analarının qəbrlərini ziyarət edərkən girov götürülmüş, fiziki və psixoloji isgəncələrə məruz qalan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi, Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq pozularaq Cingiz Əsgərovun cəsədinin bir aydan artıq müddətdə qaytarılmaması məsələsində cınqırlarını belə çıxarmadılar. Ancaq Azərbaycan ərazisinə qanunsuz səfər edən, ölkəmiz barədə aşağılayıcı informasilayalar yayan Aleksandra Lapşinin gətirilməsi dərhal onların narahat etməyə başladı. Konkret olaraq "Amnesty İnternational" ikili standartlardan çıxış edərək Aleksandr Lapşinin işi ilə əlaqədar bəyanat yaydı. Sırf hüquqi müstəvidə olan A. Lapşin məsələsinə siyasi don geyindirmək cəhdini ortaya qoydu. Məlumdur ki, indiyə qədər sözügedən beynəlxalq təşkilat  Ermənistanın işğalı nəticəsində Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına münasibətdə heç bir  mövqe ortaya qoymayıb. Belə halda, bu kimi qərəzli  təşkilatlardan "referendum" məsələsində də ədalət gözləmək sadəlövlük olardı. Təsadüfi deyil ki, siyasi ekspertlər hesab edirlər ki, Ermənistanın bu addımının arxasında hansısa dairələrin diqqəti cəlb etmək məqsədi dayanır. Politoloq Fikrət Sadığov heacab edir ki, Ermənistanın hərəkətləri Azərbaycanın maraqlarına zidd olmaqla yanaşı təxribat xarakteri daşıyır: "Xüsusilə də düşənən ölkənin hər hansı görüş ərəfəsində bu kimi addımlar atması gözləniləndir. Bilrisiniz ki, yaxın zamanlarda XİN başçılarının görüşü keçirilməlidir. Görüş ərəfəsində Ermənistanın belə addım atmaqla heç bir kompramisə getmədiklərini, razılığa gəlməyəcəklərini göstərmək istəyir. Lakin bu, addım həm həmsədr, həm də aparıcı ölkələrə qarşı rekasiyadır. Bütün bunların arxasında beynəlxalq təşkilatların, aparıcı ölkələrin ikili mövqe nümayiş etdirməsi dayanır. Düzdür, onun nəticələrini heç kim tanımayacaq. Amma biz istərdik ki, bu mövqe seçkilərdən sonra deyil, indi göstərilsin. ATƏT-in Minsk qrupu bununla bağlı bəyanat qəbul  edərək Ermənistanı sərt şəkildə tənqid edə bilər. Çox təəssüf ki, bu addımların atılmaması separatçıların "referendum" istəyi ilə nəticələnir"

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR