64 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi

İspaniyanın Burqos şəhərində 64 yaşlı qadın əkiz uşaq dünyaya gətirib.  "Rekoletas" xəstəxanasında suni mayalanma yolu ilə uşaq sahibi olan ananın bir oğlu və bir qızı olub. Bu hadisə tibb tarixində möcüzə hesab edilir. Bu qadının həmin xəstəxanada 6 il öncə də sağlam bir övlad dünyaya gətirdiyi məlum olub.

Qeyd edək ki, dünyada uşağı olan ən yaşlı qadın hindistanlı Daljinder Kaurdur. O, 2015-ci ildə 70 yaşında ana olmuşdu. Axşam.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR