İrem Derici məhkəməlik oldu

Müğənni İrem Derici Almaniyada xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar və idman klubu üçün təşkil olunan konsertə qatılmaqdan son anda imtina edib. İfaçı təşkilatçı şirkətdən aldığı pulu geri qaytaracağını söyləsə də sözündə durmayıb. Buna görə də şirkət sənətçini məhkəməyə verib.

Meneceri vasitəsi ilə Almaniyadakı prodakşnla əlaqə yaradan Dericinin onlardan barəsində iş açılmamasını xahiş etdiyi iddia olunub.

Konserti təşkil edən Volkan Yurtseven isə bu barədə sosial şəbəkə hesabında belə yazıb:

"Bəzi mətbuat orqanları İrem Dericinin bu hərəkətini gizlətməyə çalışırlar. İdman klubumuzun şərəfinə təşkil olunan gecədə yaşadığımız bu cansıxıcı hadisəyə məkandakı xəstə uşaqların şahid olması məni sarsıtdı. Bu işi belə qoymayacağıq". Axşam.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR