Türkiyədə məktəblər bağlanıb

Türkiyənin 8 əyalətində qarlı hava şəraiti ilə əlaqədar məktəblər bir günlüyə bağlanıb. Buna səbəb kimi şagirdlərin məktəblərə daşınmasında yollarda problemlərin olduğu göstərilib.
İnformasiyaya əsasən, ölkənin Van əyalətində 3 gündür fasiləsiz qar yağır. Əyalətin Gevaş rayonunda fevralın 20-dək məktəblər tətil edib. Ora 90 sm - 1 metr hündürlüyədək qar yağıb. Əyalətin başqa rayonlarında isə məktəblər bir günlüyə bağlanıb.
Türkiyənin Trabzon, Artvin, Rize, Ordu, Giresun, Hakkari və Sivas əyalətlərində məktəblər bir günlüyüə tətil edib.  Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR