Evlilik proqramı Türkiyənin Milli Məclisində müzakirə olundu

Çoxsaylı tənqidlərə məruz qalan evlilik proqramları Türkiyənin Milli Məclisində (TBMM) müzakirəyə çıxarılıb. MHP partiyasının bu verilişlərlə bağlı araşdırılma aparılması təklifi AKP-li millət vəkillərinin səs çoxluğu ilə rədd edilib. MHP rəhbərinin müvəkkili Erhan Usta AKP-nin bu qərarına belə münasibət bildirib: "İndi belə bir xeyirli iş üçün olan məsələyə AKP-nin yox deməsini başa düşmürəm".

AKP-li millət vəkili Radiye Sezer Katırcıoğlu isə proqramlara verilən cəzaların kafi olduğunu və yaxında öz nəticəsini verə biləcəyini qeyd edib.

CHP partiyasının məclisdəki nümayəndəsi isə verilişə qatılanlar arasında adını açıqlamadığı iştirakçının mətbuat orqanlarından birinə göndərdiyi məktubu oxuyub. İştirakçı verilişlə bağlı təəssüratlarını belə yazıb:

"2 evlilik proqramına qatıldım. Əvvəl verilişin rejissorları tərəfindən sorğu-sual edildim, daha sonra isə dediklərini eynilə etməyimi və yalnız onların istədikləri adama aşiq olmağımı söylədilər". Axşam.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR