Pakistan Əfqanıstanla sərhədi bağladı

Pakistan ötən gün Sehvan-Şərif şəhərində baş vermiş terror hadisəsindən sonra Əfqanıstanla sərhədini qeyri-müəyyən vaxta bağlayıb. Bu barədə Pakistan Ordusunun rəsmi nümayəndəsi, general-mayor Asif Qafur bildirib.

Onun sözlərinə görə, bu, təhlükəsizlik tədbirləri və terror hadisəsinin araşdırılması məqsədilə həyata keçirilən tədbirdir.

Qeyd edək ki, ötən gün Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib. Partlayış nəticəsində 74 nəfər ölüb, 300-dən çox adam yaralanıb. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR