Memarın ideyasıyla hazırlanan HEYRANEDİCİ TORT NÜMUNƏLƏRİ

Həyatımızı şirniyyatsız təsəvvür edə bilmirik. Yeməklərin şahı plov olduğu kimi, şirniyyatın da zirvəsi tortdur. Xüsusən də özəl günlərdə ortaya qeyri-adi nəsə çıxarmağa çalışırıq. Bunu bacarmayanda isə şirniyyat dükanlarına üz tuturuq. Təbii ki, orada işinin ustaları olduğundan zövqümüzə uyğun tort alıb gedirik. Bəs birdən tortun dizaynını memar versə necə olar? Belə şey olmaz deməyin.

Moskvada doğulan 21 yaşlı Mariya memardır və hazırda Parisdə oxuyur və yaşayır. 2 ildən çoxdur "memarlıq tortları" hazırlayır. Əvvəlcə ağlına gələn ideyanın eskizini çəkir. Model və formanı hazırlayır. Bundan sonra aromat kompozisiyasını fikirləşir və ortaya möhtəşəm "memarlıq abidəsi" çıxarır.

Özünün dediyi kimi, Mariya torta memarlıq abidəsi kimi baxır. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR