Yeni çip danışığın tanınması imkanlarını genişləndirəcək

Massaçusets Texnologiya İnstitutunun alimləri danışığın avtomatik tanınması üçün yüksək keyfiyyətli çip hazırlayıblar və bu, səsli köməkçilərin imkanlarını genişləndirəcək.
"Amazon" şirkətinin "Echo", "Google"un "Home" və "Apple"ın "Siri" səsli köməkçiləri sayəsində biz elektron qurğularımızla "ünsiyyət saxlayırıq". Massaçusets Texnologiya İnstitutunun alimləri bu tendensiyanı nəzərə alaraq xüsusi olaraq danışığın avtomatik tanınması üçün enerji səmərəli və məhsuldar çip hazırlayıblar.

İstehsalçıların məlumatına görə, yeni çip müasir smartfonlarda danışığın tanınması üçün istifadə edilən tipik həllərlə müqayisədə enerjinin 90-99%-I nisbətində qənaət edəcək. Məsələn, "iPhone" smartfonlarında "Siri" səsli köməkçisi ilə ünsiyyət üçün tətbiq edilmiş qurğu 1 vatt həcmində enerji sərf edir, halbuki yeni çip müvafiq işin yerinə yetirilməsinə 0,2-10 millivatt enerji sərf edəcək. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR