Dünyada ən kiçik kompüter yaradılıb

"Micro Mote" şirkəti 1 kub millimetr ölçüdə işlək kompüter modeli təqdim edib. Kompüterin hesablama gücü müxtəlif qurğular, o cümlədən kiçik kamera, tibbi alətlər və populyar "Əşyalar interneti"nin digər miniatür texnikası üçün hesablama mərkəzi kimi çıxış etməyə imkan verir. Hazırda kamera, mikrofon və digər qurğular çoxlu sensor və ötürücülərlə təchiz edilib və onların işləməsi üçün kifayət qədər böyük hesablama gücü tələb olunur. Bu, qurğuların prosessorlarının alınan böyük məlumat axınının emalı və analizini etmək iqtidarında olmaması səbəbindən baş verir və buna görə bəzən onlar adi kompüterlərlə birlikdə işləməli olurlar. "Micromote" miniatür kompüteri məhz bu çatışmazlığı aradan qaldırmaq məqsədilə yaradılıb.

Kiçikölçülü olmaqla yanaşı, "Micromote" az enerji sərf etməsi ilə seçilir. Məsələn, yoldan ötən avtomobilin səsinin tanınması, havanın temperaturunun, işıqlandırma səviyyəsinin ölçülməsi üçün kompüter bir neçə nanovatt enerji sərf edir. Kompakt transmitter isə məlumatların 20 metrədək məsafəyə ötürülməsini təmin edir. "Micromote" istehsal xəttindən olan kompüterlər, həmçinin sadə neyron şəbəkəsi əsasında kompüter təlimi funksiyası ilə təchiz edilən prosessorlu model yer alıb. Belə model vasitəsilə nitqin və vizual obrazların tanınması tapşırıqlarını effektiv şəkildə yerinə yetirən sistemlər yaratmaq mümkündür.
"Micromote" kompüterinin enerji ilə təmini üçün qurğunun akkumulyatorunu kiçik intensivlikli işıqla dolduran günəş batareyasından istifadə olunur. Bunun üçün hətta adi otaqda olan işıq səviyyəsi kifayət edir. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR