“Skype” proqramının rəqibi istifadəyə verilib

"Amazon" şirkəti səs, videozəng, messencer və görüş təşkili funksiyalarını birləşdirən "Chime" proqramını istifadəyə verib. "Amazon Web Services"in tərkibinə daxil olan yeni proqramın hədəfi istifadəçilər  arasında ünsiyyəti asanlaşdırmaqdır. "Chime" proqramı korporativ bazar üçün nəzərdə tutulub. "Amazon"un rəsmisi məlumat verib ki, tamamilə "sıfırdan" yaradılmış bu proqram mobil qurğu və stasionar kompüterlər arasında asanlıqla keçid etməyə imkan verir. "Chime" tətbiqində istifadəçi müşavirəyə gecikdiyi halda xəbərdarlıq göndərmək, cari statusu göstərmək (məsələn, "məşğuldur", "şəbəkədə" və ya "yoxdur"), ekranı həmsöhbətə göstərmək, həmçinin danışıq iştirakçılarından birinin mikrofonunun səsini almaq mümkündür. Həmçinin sənədlərin bərkidilməsi funksiyasına malik çat əlçatandır.

"Chime" proqramı "Android" və "iOS" sistemi ilə işləyən qurğularda, həmçinin "Mac" və "Windows" kompüterlərində əlçatandır. 30 gün ərzində proqramdan istifadə pulsuzdur, bundan sonra tarif planı seçmək lazımdır. Ekranın iki hissəyə bölünməsi funksiyası dəstəklənməyən və 2 iştirakçı üçün baza versiyası ("Basic Edition") pulsuzdur. "Plus Edition" versiyası hər bir yeni istifadəçi üçün aylıq 2.50 dollara başa gələcək. "Pro Edition" versiyasının dəyəri 15 dollardır. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR