Alp dağlarında beş alpinist ölüb

Bu gün Alp dağlarının İtaliyaya aid hissəsində beş alpinist ölüb, bir nəfər xəsarət alıb. Hadisəyə buzlağın bir hissəsinin çökməsi səbəb olub. Məlumata görə, bir qrup alpinist Fransa ilə sərhəddə olan Vale-Daosta vilayətindəki dağa çıxmaq istəyib. Dağ yamacındakı buz onların üzərinə düşüb. Nəticədə 5 alpinist ölüb, biri xəsarət alıb. Xəsarət alan alpinist helikopterlə ərazidən uzaqlaşdırılıb.  Bu, son həftədə Alp dağların bu hissəsində baş verən sayca ikinci hadisədir. Bir neçə gün əvvəl baş vermiş insident zamanı dörd alpinist ölüb. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR