Castin Biber məhkəməyə verildi

Məşhur kanadalı müğənni Castin Biberə qarşı adam döymə ittihamı ilə məhkəmədə iddia qaldırılıb. İddiaçı, 34 yaşlı Las-Veqas sakini Rodni Kennonmüğənninin şəklini çəkdikdən sonra pop ulduz onu vurub. Ardından davaya musiqiçinin qrupu qoşulub.

Xəsarət alan şəxs xəstəxanaya müxtəlif xəsarətlər, o cümlədən beyin silkələnməsi ilə müraciət edib.

Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayında baş verib. KİV-in məlumatına görə, R.Kennon münaqişəni öz aralarında həll etmək istədiyindən bir neçə ay gözləyib. Zərərçəkən qarşı tərəfin təklifdən imtina etdiyini iddia edib.
Klivlend polisi R.Kennonun iddiası əsasında araşdırma aparıldığını təsdiqləyib. Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR