Beren Saata pis xəbər

Aktrisa Beren Saatın İstanbulda aldığı evlərdən birini su basıb. Seriallardan qazandığı pulları daşınmaz əmlaka yatıran Beren illər əvvəl Arnavutköydə 2,5 milyon dollara bir mülk almışdı. Bir müddətdir yaşayış olmayan mənzilin su təchizatı sıradan çıxdığı üçün boru partlayıb və bu səbəbdən ev ciddi ziyan görüb. Aktrisa artıq həmin evi satmaq qərarı verib.

Qeyd edək ki, müğənni Kənan Doğulu ilə ailəli olan Beren bir müddətdir ki, ekranlardan uzaqdadır. Son zamanlar onun adı hamiləlik xəbərlərində çəkilir. Bu barədə Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR