Ermənistan ordusunun 1 əsgəri ölüb, 2-si yaralanıb

Buldozerin dərəyə aşması nəticəsində Ermənistan ordusunun bir əsgəri ölüb, 2 hərbçi xəsarət alıb. Bu barədə "news.am" saytı İstintaq Komitəsinə istinadən məlumat yayıb.  Fevralın 15-də saat 15:00 radələrində qar təmizləyən, içərisində hərbçilərin olduğu buldozer dərəyə aşıb. Nəticədə Qaregin Minasyan, Armen Puyan və Vruyr Nersisyan adlı əsgərlər xəsarət alıb. Xəstəxanaya çatdırılarkən Q. Minasyan ölüb.  Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR