Sevdiyi qızı boğdu, can verməsinə yarım saat baxdı

ABŞ-da sevdiyi qızı vəhşicəsinə döyəndən sonra boğan və qurbanının can verməsini yarım saat həzzlə izləyən gəncin məhkəmə prosesi davam edir. Olay Nyu-Cersi ştatında, Belmar şəhərində yaşanıb. 19 yaşlı Sara Ştern ötən ilin dekabrında evdən çıxaraq liseyə yollanmış, bir daha geri dönməmişdi.

Polis qızı axtarırdı. Bu ayın əvvəlində isə bəlli olub ki, 19 yaşlı Layam MakAtasni sevgilisi, üstəlik uşaqlıq dostu Saranı vəhşicəsinə qətlə yetirib.

Prokuror məhkəmədə bildirib ki, Layam cinayəti barədə dostlarından birinə danışıb, həmin şəxs də polisə xəbər verib.

L.MakAtasni ilə bahəm, onun cinayət ortağı Preston Teylor da müttəhimlər kürsüsündədir.

İstintaq materiallarına görə, Sara qətlə yetiriləndən sonra onun cəsədi kolluqda gizlədilib, bir neçə saat sonra isə "Route 35" körpüsündən, 15 metr yüksəklikdən çaya atılıb. Bu barədə Milli.Az CNBS-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR