12 övlad anasının çətin seçimi: ya daşqalaq olunacaq, ya əri asılacaq - VİDEO

Türkiyənin Batman vilayətinin sakini, 74 yaşlı Fahriye Kara 27 il əvvəl, 1990-cı ildə əri Abdulla ilə birlikdə Səudiyyə Ərəbistanına həccə yollanmışdı. Həmin həcc zamanı faciə yaşanmış, 1426 nəfər basırıqda həlak olmuşdu. Həlak olanların 450 nəfəri türklər idi.

Abdulla Kara o izdihamda arvadını tapdı, amma o, ağır yaralı idi. Abdulla təcili yardım maşını ilə xəstəxanaya aparıldı və ər arvadını elə o vaxt son dəfə gördü. Abdulla hospitaldan çıxandan sonra günlərlə arvadını axtardı, tapa bilmədi. Fahriyenin basırıqda öldüyünü düşünən Abdulla Türkiyəyə qayıtdı.

Lakin Kara ailəsinin övladları analarının ölmədiyinə inandılar, onu aradılar, Muge Anlının proqramına müraciət etdilər.

Sonucda bəlli oldu ki, Məkkədə, Kəbədə basırıq zamanı yəmənli bir kişi Fahriyeni xilas etmək bəhanəsi ilə qaçırıb, illərlə Mədinədəki evində saxlayıb.

Mədinədə bu kişi ilə yaşamdan Fahriyenin 3 övladı doğulub.

Həmin yəmənli kişinin kürəkəni də Fahriyenin yeni "ər"indən iki oğlunun və bir qızının olduğunu təsdiqləyib: "Fahriye Kara adlı bu qadının oğlu dövlət işində çalışır, nüfuzlu insandır. Bir qızı türkə ərə gedib, Urfadan olan o türkün adı Davutdur. Fahriye Kara ailəsinin onu axtardığını bilir".

Fahriye Karanın yəmənli ərinin indi 85 yaşı var.

Euronews bildirir ki, Fahriye Kara indi çox ağır vəziyyətdədir. Səbəb isə Səudiyyə Ərəbistanının Cinayət Məcəlləsinin 22-ci maddəsidir. Həmin maddəyə görə, ölkə daxilində zina edən şəxsi daşqalaqla, yəni rəcmlə edam gözləyir. Qadını qaçırdan və ondan övladı olan kişini isə xalqın gözü qarşısında edam edirlər.

Bu səbəbdən də Fahriye Kara seçim etməlidir: ya özü daşqalaq edilərək öldürülməli, ya da əri edam olunmalıdır.

Yəni:

1. Yəmənli kişinin onu qaçırdığını və zorla evində saxlayaraq təcavüz etdiyini, 3 uşaq doğduğunu etiraf etməlidir. Belə olarsa, yəmənli kişi Mədinə şəhərində, meydanda asılacaq.

2. Türkiyədə ərinin olmasına rəğmən 85 yaşlı yəmənli kişi ilə ailə həyatı yaşadığını etiraf etməli və belədə zinada suçlanaraq rəcm olunmalıdır.

Türkiyənin XİN-i və MİT-i Fahriye Karanı ölkəyə gətirmək üçün zəruri addımlar atmağa başlayıblar.

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz edam cəzası almış insanları əfv edə bilər. Fəqət, həcc zamanı işlənmiş cinayətə görə suçlanmış insanı əfv etmək üçün kralın belə, səlahiyyəti yoxdur.

Fahriye Kara indi Mədinədə evdən eşiyə çıxmır. Daha doğrusu, Səudiyyə Ərəbistanının polisində çalışan oğlu anasının tapılacağı təqdirdə atasının asılacağını bildiyi üçün Fahriyeni çölə çıxmağa qoymur. Bu barədə Milli.Az AHT-yə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR