Malayziya hökuməti diktatorun ögey qardaşının meyidini verəcək

Malayziya hökuməti Kim Çen Namın meyidini KXDR-ə verəcək.  Bu barədə Malayziyanın baş nazirinin müavini Əhməd Zahid Həmidi bildirib. O, bütün lazımi prosedurlar həyata keçiriləndən sonra meyidin qarşı tərəfə verilməsinin həyata keçiriləcəyini əlavə edib.

Qeyd edək ki, KXDR lideri Kim Çen Inın ögey qardaşı olan Kim Çen Nam bu həftə Kuala-Lumpur hava limanında öldürülüb. Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR