CNN dayandırıldı

Venesuela hakimiyyətinin qərarı ilə ölkədə ABŞ-ın CNN telekanalının ispan dilindəki versiyası olan CNN Espanol-un yayımı dayandırılıb. Səbəb telekanalda venesuelalı diplomatların terrorçulara pasport satmaları ilə bağlı reportajdır.  Venesuelanın Milli Telekommunikasiya Komissiyasının (CONOTEL) yaydığı bəyanata görə, "CNN Espanol Venesuelada stabillik, sülh və demokratiyanı təhdid edir".

CNN Espanol fevralın 6-da yaydığı xəbərdə venesuelalı diplomatların İraqdakı səfirlik vasitəsilə Yaxın Şərqdəki bir neçə terrorçuya pasport satdıqlarını iddia etmişdi. Bu barədə Milli.az El Mundo-ya istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR