ABŞ Ukraynanın ərazi bütövlüyünə ciddi dəstəyini davam etdirəcək

"ABŞ Ukraynanın öz hərbi potensialını gücləndirməsinə dəstək verməyə sadiqdir". Bu sözləri Pentaqonun rəsmi nümayəndəsi Kortni Hillson deyib. ABŞ-da səfərdə olan Ukraynanın xarici işlər naziri Pavel Klimkin ABŞ müdafiə nazirinin 1-ci müavini Bob Uork ilə görüş keçirib. "Uork bildirib ki, ABŞ Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini ciddi şəkildə dəstəkləməkdə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin potensialının artırılmasına dəstək vermək məsələsində qərarlı olaraq qalır. Bundan başqa, o, Ukraynanı islahatları davam etdirməyə çağırıb", - deyə K. Hillson qeyd edib.
 
Qeyd edək ki, Brüsseldə NATO müdafiə nazirlərinin toplantısına qatılan ABŞ müdafiə naziri Ceyms Mettis Rusiya ilə güc mövqeyindən danışmaq lazım olduğunu bildirib.   Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR