Yeni əməliyyat sistemi təqdim olunub

Proqramçı Kevin Lencinin rəhbərlik etdiyi mütəxəssislər qrupu yeni əməliyyat sistemi təqdim edib. "ToaruOS" adlanan platformanın əsasını "Linux" nüvəsi təşkil edir və "C+" dilində yazılıb. Yeni yaradılan əməliyyat sistemi üçün artıq çoxlu optimallaşdırılmış proqram təminatı və oyunlar mövcuddur. Platformanı hamı yükləyərək quraşdıra bilər. K.Lenc və onun həmkarları bildiriblər ki, hazırda sistemin stabil işinin təmininə nail olunub, lakin onun mükəmməl şəklə salınması üçün hələ görüləsi çox iş var. Yaxın vaxtlarda sistem yaradıcıları aşkarlanan səhvləri düzəltmək və ümumilikdə işi yaxşılaşdırmaq məqsədilə yenilənmə təqdim etməyi planlaşdırırlar.

Bildirilir ki, "ToaruOS" təkcə standart fərdi kompüterdə deyil, həm də smartfon və planşetlərdə dəstəklənir. Əsas fərqləndirici cəhəti elastikliyində olan sistemi geniş istifadəçi ehtiyaclarına uyğun quraşdırmaq mümkündür.

"ToaruOS" üçün əlavə və oyunların əksər hissəsi "Python" proqramlaşdırma dili vasitəsilə yaradılıb. Əvvəlcə sistem tədris materialı kimi yaradılsa da, sonradan onun tam proqram məhsulu şəklinə salınması qərara alınıb. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR