“İntel” serverlər üçün ən güclü prosessorunu təqdim edilib

ABŞ-ın "Intel" korporasiyası serverlər üçün "Xeon E7- 8894 v4" adlı qabaqcıl prosessorunu təqdim edib. Yeni prosessor "Broadwell-EX" sinfinə aiddir.

Yeni çip 14 nanometr texnoloji proses üzrə hazırlanıb və "Hyper-Threading" çox axınlı məlumatların işlənməsi texnologiyasını dəstəkləyən 24 hesablama nüvəsinə malikdir. Prosessorun takt tezliyi 2.4-3.4 QHs təşkil edir. Üçüncü səviyyəli keş yaddaşın tutumu 60 MB-dır, interfeysin buraxılış qabiliyyəti 9.6 QB/s, "TDP" göstəricisi 165 vatdır. Prosessor "LGA2011-1" soketinə uyğundur və 85 Qbit/s-dək buraxılış qabiliyyətini təmin edə bilən 4 kanallı "DDR4" yaddaşı dəstəkləyir.

"Intel" korporasiyası "Xeon E7-8894" çipini ən sürətli server prosessoru adlandırır və onu yalnız yüksək məhsuldarlıq deyil, həm də kompüter sistemlərində fasiləsiz işə ehtiyac duyan şirkətlər üçün nəzərdə tutur. Çip 4-dən 8-dək prosessor konnektoru ilə təchiz edilmiş güclü serverlərdə istifadə oluna bilər.

"Intel Xeon E7-8894" prosessorunun qiyməti 8900 dollardan başlayır. İstehsalçı yeni prosessorun satışa çıxarılma tarixini açıqlamayıb. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR