Pakistanda partlayış: 2 ölü, 18 yaralı

Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Peşəvər şəhərində partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər həlak olub, daha 18 nəfər yaralanıb. Partlayış Həyətabad rayonunda yerləşən tibb kompleksi yaxınlığında baş verib.

Məlumata görə, partlayış terrorçu-kamikadzenin motosikletlə hərəkət edərək avtomobilə çırpılması nəticəsində baş verib.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR