Peskov: "Trampın komandasının Rusiya kəşfiyyatı ilə əlaqələrinin olmasına dair xəbərlərə inanmayın"

"ABŞ prezidenti Donald Trampın komandasının Rusiya kəşfiyyatı ilə əlaqələrinin olması barədə məlumatlar heç bir fakta əsaslanmır". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
 

"Səhər qəzetlərini oxumayın. Xatırlayırsınızsa, bu, mənim sözüm deyil. Ona görə də, gəlin qəzet xəbərlərinə inanmayaq. Çünki indi həqiqəti şayiədən ayırmaq çox çətindir", - deyə o vurğulayıb.
 

Peskov əlavə edib ki, həmin məlumatlarda 5 müxtəlif mənbələrə istinad edilir, lakin onlardan heç birinin adı çəkilmir: "Yəqin ki, bu insanların kimliyi barədə hansısa məlumat var. Yəqin ki, vaxt gələcək, kimsə bu barədə açıq-aşkar danışacaq. Gəlin, həmin vaxtı gözləyək, yalan məlumata inanmayaq. Bu, qəzet xəbəridir, hansı ki, heç bir fakta əsaslanmır".  

Qeyd edək ki, "Nyu-York Times" nəşri adı çəkilməyən amerikalı məmurlara istinadən Donald Trampın köməkçilərinin prezident seçkiləri ərəfəsində Rusiya kəşfiyyatının yüksək vəzifəli şəxsləri ilə telefonla danışdıqlarını iddia edib.  Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR