Avstraliya parlamentində senator Xocalı faciəsi ilə bağlı çıxış edib

Avstraliya İttifaqı Parlamentinin Senatında Qərbi Avstraliya ştatından seçilmiş Avstraliya Liberal Partiyasının üzvü Senator Kris Bak Xocalı faciəsi ilə bağlı çıxış edib. O, yaxın iki həftədə Azərbaycan xalqının ölkə tarixinin ən qanlı faciəsinin 25-ci ildönümünü qeyd edəcəyini bildirərək, həmin gün qadın və uşaqlar da daxil olmaqla, 600-dən çox şəxsin öldürüldüyünü diqqətə çatdırıb. Senator 1990-cı illərdə baş vermiş müharibənin fəlakətli fəsadlarının hələ də davam etdiyini vurğulayıb. O, Rusiyanın vasitəçiliyi ilə atəşkəsin əldə edildiyini bildirib və Azərbaycanın Dağlıq Qarabağ regionunun hazırkı əhalisinin 100 min nəfər etnik erməni təşkil etdiyini vurğulayıb.

K. Bak uğurlu vasitəçilik olmadan atəşkəsin pozulması halları və yenilənmiş gərginliklərin hərbi münaqişənin yenidən alovlanmasına gətirib çıxaracağını qeyd edib və bu halın ümumilikdə Qafqaz regionunda qeyri-sabitliyə yol açacağını vurğulayıb.

Sonda senator Azərbaycanın Dağlıq Qarabağ regionunun hazırda Ermənistanın nəzarəti altında olduğunu qeyd edərək, etnik azərbaycanlıların öz ata-baba yurdlarında məskunlaşmaq hüququnun olduğuna inandıqlarını deyib.

Qeyd edək ki, Avstraliya İttifaqı Parlamentinin Senatı hər 6 ştatdan 12 və paytaxt ərazisi və şimal ərazisinin hər birindən 2 senator olmaqla 76 senatordan ibarətdir. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR