Yunan Kiprindən daha bir təxribat

Rumlar hər vasitə ilə danışıqlar prosesindən yayınmağa çalışırlar

Uzun illərdir ki, dalana dirənən Kipr probleminin həllinə tərəflər yaxın olduğu müddətdə yunan Kiprinin Ermənistanın siyasətinə bənzər olaraq qeyri-konstruktiv mövqe sərgiləməsi adada sülh göyərçinin uçmasını əngəlləyir. Zaman-zaman yunan Kiprindən təkrar müşahidə edilən bu mövqe yenidən təkrarlanır. Məlumat üçün qeyd edək ki, keçən ilin noyabr aylarından etibarən Kipr probleminin həlli istiqamətində aparılan danışıqlar prosesi sürətlənmiş və tərəflər bir sıra məsələlərdə ümumi razılıq əldə etmişdilər. Hətta tezliklə tərəflər arasında yazılı bir müqavilənin imzalanacağı da gözlənilirdi. Lakin yuxarıda qeyd etdiyimiz kimi yunan Kiprinin razılaşmaya maraqlı görünməməsi problemin həllini yubadır. Bu günlərdə qarşı tərəfdən atılan addım bunu bur daha sübuta yetirir ki, yunan Kipri hər asitə ilə müzakirələrdən yayınmağa çalışır. Belə ki, iki tərəf arasında anlaşmanın əldə edilməsi ərəfəsində yunan Kipri Enosis Plebisitinin ildnümünün qeyd edilməsi və onun orta məktəblərdə şagirdlərə anlatılması barədə qərar verib. Sözügedən qərarın yunan Kiprinin Məclisində qəbul edilməsi yunanların danışıqlar prosesindən yayınmaq istədiklərini bir daha təsdiqləyir. Məlumat üşün qeyd edək ki, Enosis Plebisiti Kiprin Yunanıstana birləşdirilməsi məqsədilə 1950-ci ildə keçirilən referendumdur. Həmin referendumda yalnız kiprli yunanlar iştirak etmişdi.

Yunan Kiprinin məlum qərarı Şimali Kipr Türk Respublikasında haqlı narazılıq yaradıb və ölkə parlamentində bununla bağlı geniş müzakirələr keçirilib. Şimali Kipr Türk Respublikasının məclis sədri Sibel Siber deyib ki, Kipr problemini həll etmə səyləri davam etdiyi bir ərəfədə Enosisin Rum tərəfindən gündəmə gətirilməsi danışıqlar prosesinə mane olmağa hesablanıb. O, bildirib ki, BMT dərhal buna reaksiya verməli və yunan Kiprini yanlış qərardan çəkindirməlidir. Sibel Siber hesab edir ki, yunan Kiprinin bu qərarı heç də xoş olmayan nəticələrə səbəb ola bilər. Bu arada onu da qeyd etmək yerinəı düşər ki, Şimali Kiprt Türk Respublikasının parlamenti yunan Kiprinin məlum Enosis qərarına etiraz olaraq bəyanat da qəbul edib. Şimali Kipr parlamentində təmsil olunan siyasi partiyaların da imzaladığı bəyanat başda BMT olmaqla Kipr probleminin həllində səy göstərən təşkilat ə qurumlara ünvanlanıb. Bəyanatda qeyd edilir ki, Kiprdə yaşayan iki xalqdan biri olan kiprli türklərin varlığını və şəxsiyyətini yox sayan" Enosischr("39")in Şimali Kipr türk xalqına hansı tarixi gerçəkləri xatırlatdığı hər kəsə məlumudur. Şimali Kipr türk xalqı bütün yaşadıqları çətinliklər, haqsızlıqlara baxmayaraq keçmişin pis təcrübələrinin bir daha yaşanmayacağına hər zaman ümid edib. Və

bunu öz mövqeyi ilə ortaya qoyub. Bunun əyani sübutu kimi 2004-ci ildə referenduma çıxarılan Annan Planını Şimali Kipr türk xalqının dəstəkləməsi göstərilə bilər. Bəyanatda həmçinin o da qeyd edilir ki, Şimali Kipr Türk Respublikası Məclisi xalqın iradəsinə sykənən və bu günə qədər davam edən bütün müzakirələrə dəstək verib və bundan sonra da bu dəstək davam edəcək. Son olaraq isə iki lider arasında imzalanmış 11 Fevral 2014 sənədinə dəstək ifadə edib. Ancaq Şimali Kipr Türk Respublikası belə bir iradə ortaya qoyduğu halda yunan Kiprinin 1950-ci ildəki bədnam Enosis plebisitinin məktəblərdə xatırlanması barədə qərar verməsi Kipr probleminin həlli prosesinə zidd bir yanaşmadır və təəssüflər olsun ki, yunan Kipri bu yanaşmanı ortaya qoyur. Bilinməlidir ki bu qərar, tərəfimizdən həll müzakirələrinin əsas fəlsəfəsinə ciddi hörmətsizlik olaraq qəbul edilib, Kiprli türklərin etibarını sarsıdıb. Həmçinin artıq rum tərəfinin səmimi niyyəti və səmimiyyəti olmadığı bir daha ortaya qoyulub".

Göründüyü kimi yunan Kipri maksimum dərəcədə bütüh mümkün vasitələrdən istifadə etməyə çalışır ki, Kipr problemi həll edilməsin. Nəticə etibarilə, rumlar Avropa Birliyinin səhvi səbəbindən indiki durumda olduğu kimi bundan sonra da Kipr adaasının rəsmi dövləti kimi tanınsın. Bütün bunlar onu deməyə əsas verir ki, Kipr probleminin həlli bu gedişlə heç də mümkün görünmür. Çünki rumların beynəlxalq hüquq və prinsipləri tapdalamasına elə beynəlxalq təşkilat və birliklərin özü göz yumur.

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR