"İntim görüntülərini şəhərin girişindən asacağıq"- iş adamına şantaj

Türkiyədə "bal dodaq" ləqəbli qadınlar iş adamına tələ qurublar. Qadınlar saxlanılıblar. Məlum olub ki, qadınları iş adamını şantaj etməyə təşviq edən onun yaxın dostu imiş.

Aydında iri şirkəti olan B.T. adlı şəxsə tanımadığı qadından zəng gəlib. Biznesmen qadınla iş görüşməsi təşkil edib. Berçin adlı dələduz rəfiqəsi Səmra ilə birlikdə görüşə gediblər. Onlar B.T.-nin içkisinə dərman qatıblar. Qəfildən iş adamının halı pisləşib. Onlar restorandan çıxıblar. Qızlar huşu yerində olmayan biznesmeni evə aparıb, burada soyundurub, çılpaq şəklini çəkiblər. Biznesmen ayıldıqdan sonra qadınlar onu təhdid edib, 250 min lirə istəyiblər. 

Qeyd edək ki, qadınlar "sənin intim görüntülərini şəhərin girişindən asacağıq" deyərək təhdid ediblər.

Biznesmen dərhal polisə müraciət edib. Qadınlar saxlanılıblar. Məlum olub ki, ona bu tələni ən yaxın dostu qurub. Bu barədə Milli.az "Yaşam"a istinadla xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR