Suriya beynəlxalq güclərin toqquşduğu poliqona çevrilib

Suriyda Türkiyənin "Fərat qalxanı" hərbi əməliyyatları 174- cü gündür ki, davam etməkdədir. Bu zaman ərzində İŞİD-in 2000-dən çox hədəfləri və bir, o qədər də canlı qüvvəsi məhv edilib. Bu əməliyyat nəticəsində, Türkiyənin cənub sərhədlərində müəyyən qədər terrror təhlükəsi aradan götürülüb, müəyyən mıənada sabitliyə yol açılıb. Xüsusilə, Suriyada Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə antiterror fəaliyyəti, koalisiya qüvvələrinin aylardı apardığı əməliyyatları kölgədə qoymuş oldu. Artıq, Türkiyənin 30 kilometrində olan strateji cəhətdən əhəmiyyətli və İŞİD nəzarətində olan Əl-Bab şəhərinin terrorçulardan təmizlənməsi yekunlaşmaqdadır. Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyənin bundan sonrakı yeni hədəfi isə kürd terrorçularının nəzarətində olan Membic qəsəbəsidir. Onun sözlərinə görə, YPG tərəfindən nəzarətdə olan bu ərazilər, kürdlərin "muxtariyyət" planının bir hissəsidir: "Əl-Bandan sonra Türkiyənin Membicə doğru irəlləməsi isə, gərgin ABŞ dəstəkçisi YPG ilə toqquşmalara gətirib çıxarda bilər. Artıq, YPG türklərin Membicə gələcəyinə qarşılıq verəcəyini bəyan edib. Qeyd edim ki, YPG (Suriya Demokratik qüvvələri) adlanan silahlı terror təşkilatı Birləşmiş Ştatlar tərəfindən silahlandırılmaqda və yeni zirehli texnika verilməkdədir. Məhz Türkiyənin "Fərat qalxanı" əmıliyyatı Şimali Suriyada "kürd muxtariyyətinin" qarşısını almağa hesablanıb. Əgər Türkiyə YPG -nin təhdidləri qarşısında Membicə girməkdən çəkinərsə, "Fərat qalxanı" fiaskoya uğraya bilər. Bu da kürdlərə yeni ərazilər işğal etməyi həvəsləndirər. Qeyd edim ki, Türkiyənin YPG qarşısında geri çəkilməsi etməsi gözlənilmir. Trampın Türkiyə ilə əlaqləri bərpa etməsi, Türkiyənin ABŞ-ın YPG dəstəyindən çəkmək israrının tam aydınlaşmasada, görünür ortada razılaşma var. Çünki, Ərdoğan açıq şəkildə Membicə gedəcəklərini vurğulayır. Qeyd etmək lazımdır ki, ABŞ YPG-ni İŞİD-ə qarşı müttəfiqi hesab edir və ənənəvi müttəfiqi olan Türkiyə ilə toqquşmasının qarşısını almağa qadirdir. Hərçənd ki, bu toqquşmanın baş verməməsi üçün, YPG Membici tərk etməlidir. Əgər mümkün toqquşma baş verərsə, ABŞ kürdləri silahlandırsa, Türkiyəni itirəcək. Artıq vəziyyət çox mürəkkəbdir və kürdlər üçün Suriyada nəzərdə tutulan "muxtariyyət" planını Türkiyə kağız üzərində saxlamağı planlaşdırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada 5-min kvadrat kilometr ərazidə təhlükəsizlik zona yaradılması istiqamətində işlərin aparılacağınıda vurğulayır. Onun Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinə səfəri, bu ölkələrin dəstəyini almaq niyyəti daşıyır. Həmçinin aydın məsələdir ki, Səudiyyə və Qətər İŞİD-in əsas maliyyə qaynağı kimi, Türkiyəni də artıq narahat edir və Ərdoğan çalışır ki, bu maliyyə qaynağı kəsilsin. Həm də İranın Suriyada aktiv roluna qarşı koalisiya yaratsın". Politoloq deyir ki,

İŞİD Suriyada davam etməkdə olacaqsa, İranın Suriyada hərbi əməliyyatlarına bəhanə veriləcək: "Artıq 6 ildir ki, İŞİD , Nusra və digər terror təşkilatları ilə Əsədin devrilməsi mümkünsüz hala gəlib. De-fakto Əsəd və tərəfdarları terrorçulara qalib gəlməkdədir. Hazırda İŞİD -in əlində strateji Rakka şəhəri qalıb. Proseslər irəllədikcə, yay aylarında Rakkada İŞİD-dən təmizlənəcək. Vurğulamaq lazımdır ki, Suriyada "kürd muxtariyyəti" məsələsi nə qədər, gündəmdə olacaqsa, Türkiyə hərbiçilərini Suriyadan çıxarmayacaq. Suriyada siyasi sabitlik və ərazi bütövlüyü bərpa edildikdən sonra, Türkiyə Silahlı Qüvələri buranı tərk edə bilər. Hazırda beynəlxalq qüvvələrin toqquşduğu poliqona çevrilən Suriyada tezliklə suların durulmayacağı görünür. Çünki, hakim Bəşər Əsəd rejimini müdafiə edən İran və Rusiya da Suriyada üstünlük uğrunda siyasi mübarizə aparır. Suriyada ordu və yuxarı siyasi isteblişment arasında Rusiya və İrana rəğbət bəsləyənlərə bölünüb. Burada kimlərin üstünlük təşkil edəcəyi isə, bir müddətdən sonra aydınlaşacaq. Növbəti Astana görüşlərinin təxirə salınması və Cenevrədə gözlənilən Suriya danışıqları, Rusiya və İranın narazılıq fonunda baş verir. Türkiyə artıq, bu üçlükdən kənarlaşmaqdadır. Əl -Baba da Suriya və Türkiyə ordusu üz-üzədir. Hər iki qüvvə arasında məsafə 3 kilomterə aralığında qalıb. Bu şəhərin kimin əlində olacağı sual doğurur. Bu ərəfədə Rusiya da çalışır ki, Türkiyə Əl- Babdan geri çəkilsin və mövqeyini Suriya ordusuna buraxsın. Türkiyə Silahlı Qüvvələrinin Əl-Babdan çəkilməsi indiki şərtlər çərçivəsində mümkün görünmür. Məhz Türkiyə bu qədər şəhid hesabına Əl-Babı Suriya ordusuna buraxması, məğlubiyyətə yol açar".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR