"Bu, Ermənistana heç bir xeyir gətirməyəcək"

Ötən gün Avstraliya parlamentində erməni qoşunlarının dinc Azərbaycan əhalisinə qarşı törətdiyi Xocalı soyqırımı məsələsi müzakirə olunub. Müzakirələr zamanı Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun üzvü, senator Kris Bek çıxış edib.

O deyib: "Bir neçə gün sonra Azərbaycan xalqının tarixindəki qanlı hadisələrdən biri olan, hazırda Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Xocalı şəhərində 600-dən çox sakinin öldürülməsinin 25 ilidir".

Senatorun sözlərinə görə, Xocalı soyqrımının müzakirəsi hər bir kəsə bu cür hadisələrin böyük itkilərə gətirib çıxaracağını və gələcək nəsillərə təsirsiz ötüşməyəcəyini düşünməyə imkan verir.

O qeyd edib ki, bu hadisələr tarixin faciəvi səhifələri arasında qalacaq və əlbəttə ki, bu, Ermənistana nə gələcək baxımından, nə də qonşu ölkələrlə münasibətləri baxımından heç bir xeyir gətirməyəcək.

Senator bildirib ki, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları humanitar böhranın ən pis formasının bir nümunəsidir: "Uğurlu vasitəçilik olmadan bu ərazilərdə hərbi münaqişənin yaranması təhlükəsi mövcuddur. Bu isə iki ölkə arasında və ümumiyyətlə, Qafqaz regionunda sabitliyin pozulmasına gətirib çıxaracaq". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR