Türkiyədə FETÖ-çülərə qarşı əməliyyat: 27 polis saxlanılıb

Türkiyənin Adana, Ankara, Mersin, Osmaniye, Kahramanmaraş, Malatya, Elazığ və Kayseri vilayətlərində dövlət çevrilişində cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatının üzvlərinə qarşı əməliyyat aparılıb. Əməliyyatlar zamanı 3-ü polis rəisi olmaqla, 27 polis əməkdaşı saxlanılıb.

Hazırda onların ifadələri alınır.

Xatırladaq ki, ötən il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olmuşdu. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR