Ötən il mobil təhlükələrin sayı 150 faiz artıb

Avropa Şəbəkə və İnformasiya Təhlükəsizliyi Agentliyi (European Union Agency for Network and Information Security, ENISA) 2016-cı ildə təhlükələrin inkişafına və baş verən kiberinsidentlərə həsr edilən illik hesabat dərc edib.

Əksər şirkətlərin kibertəhlükəsizliyin gücləndirilməsi üçün tədbirlər görməsinə baxmayaraq cinayətkarlar hələ də bir addım irəlidə olaraq daha mürəkkəb hücum metodları kəşf edirlər. 2016-cı ildə kiberhücumların çoxu siyasi və maliyyə məqsədi daşıyıb. Ötən il ən çox yayılmış hücum kommersiya təşkilatlarına qarşı yönəlmiş fırıldaqçı proqram təminatında istifadə edilən hücumlar olub. Bu halda həm tələb olunan məbləğdə, həm də məlumatların bərpası üçün pul ödəməyə hazır olan qurbanların sayında artım qeydə alınıb.

Hesabata müəlliflər, həmçinin yoluxdurulmuş "Əşyalar interneti" (IoT) qurğularından istifadə etməklə çoxvektorlu hücumların (insidentlərin ümumi sayının 35-50 faizi), "fishing" və "DDoS" hücumlarının artdığını qeyd edirlər. Bundan başqa, mobil təhlükələrin sayında 150 faiz artım müşahidə edilir. 2016-cı ilin əsas kibertəhlükələri siyahısında zərərli proqram təminatının tətbiqi ilə hücumlar liderlik edir. Sonrakı yerdə sayı 15 faiz artan veb-əlavələrə edilən hücumlar qərarlaşıb. Əsas hücum mənbələri kimi Braziliya (25 faiz), ABŞ (23 faiz), Almaniya (9 faiz), Rusiya (7 faiz) və Çin (4 faiz) çıxış edib. 
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR